Press-release.az :: Mədəniyyət və idman

Nə? Harada? Nə zaman? oyunu üzrə Bahar Kuboku turniri keçirildi
05-25 18:03

Yüksək səviyyədə təşkil olunan turnirdə 18 komanda iştirak etdi. Turnirin sual müəllifliyini və aparıcılığını Xəzər İntellektual Gənclər Klubunun “KiPL” komandası öz üzərinə götürmüşdü. Gərgin mübarizə şəraitində keçən turnirə Azərbaycanın digər intellektual klublarının, “Turan”, “İqtisadçı”, “Maqnat” və “SİM” klublarının komandaları da dəvət olunmuşdular. Birincilik uğrunda mübarizəyə bu komandalarla yanaşı Xəzər İntellektual Gənclər Klubunun “Cihad”, “Sakit”, “Dream Team” və “Veni, Vidi, Vici” komandaları da qoşulduğu üçün qələbənin heç də asand olmayacağı əvvəlcədən məlum idi. Nəticədə, 45 sualdan ibarət turnirdə daha dözümlü olan və daha az səhvə yol verən “Pentakl” komandası qələbə çaldı. İkinci və üçüncü yerləri isə müvafiq olaraq “Mafiya” və “Triumf” komandaları tutdular.

“Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyinin sədri Seymur Teymurovun sözlərinə görə, əvvəlki turnirlərdə olduğu kimi, bu turnirin və bundan sonra təşkil olunacaq digər turnirlərin əsas ideyası ölkəmizdə intellektual gənclərin öz biliklərini nümayiş etdirməsi və yeni biliklər əldə etməsi üçün imkan yaratmaqdır.



Materiallardan istifadə zamanı internet səhifəyə istinad etmək tələb olunmur.
Copyright © 2006, Press-release.az