Üslubiyyət
Press-reliz adətən danışıq dilində, hekayə üslubunda deyil, teleqraf dilində, şəxssizləşdirilmiş üslubda yazılır. Əsas odur ki, oxucunu darıxmağa qoymasın. Uslubiyyət sənəti tələb edir ki, hadisələr elə işıqlandırılsın ki, məlumat kənar adamların marağına səbəb olsun. Bütün mətn sadə dildə yazılmalı, İxtisarlardan, spesifik terminlərdən və jarqondan istifadədən imtina etmək lazımdır.
Uzun və mürəkkəb cümlə quruluşçları tərtib etmək düzgün deyil. Bu məqsədlə “...hansıki,...” və “və”, “lakin” kimi ifadələrdən az istifadə edilməli, nöqtə və ya nöqtəli vergülə üstünlük verilməlidir. Nida işarələrindən, «Ən birinci», «ən yaxşı» və s. kimi reklam səciyyəli keyfiyyət sifətlərindən qaçınmaq arzuolunandır. Onlardan istifadə, bir qayda olaraq, əks-effektə gətirib çıxarır və reklam ilə assosiasiya olunur.
Mətndə BÖYÜK HƏRFLƏRDƏN aşırı istifadə edilməməlidir. Şirkətin, məhsulun və s. hər yerdə böyük hərflərlə yazılmış adı vizual olaraq səliqəsiz görünür. Xüsusilə də əgər bir-birinin ardınca onlarla şirkətin, brendin, məhsul və xidmətin adı sadalanırsa və onların hamısı böyük hərflərlə yazılıbsa, bu mətnin oxunuşunu çətinləşdirir və bir qayda olaraq, bu hissə buraxılır.
Cümlələri “Məlumat veridiyi kimi...” formatında bəyənnamə üslubunda hazırlamaq daha düzgündür.
Şirkətiniz haqqında yalnız üçüncü şəxsdə yazılmalıdır.
Nədən başlamalı?
Mətni yazmağa başlamazdan əvvəl bir neçə suala cavab vermək lazımdır:
- Bu press-reliz kimin üçün yazılır? Son nəticədə bu mətni kimin oxumalı olduğunu dəqiq anlamaq lazımdır. Bu, Sizə məlumatın stilini müəyyənləşdirməyə və hansı KİV-lərin lazım olacağını anlamağa yardım edəcək.
- Press-reliz nə haqqındadır? Məlumatın «özəyi» müəyyən edilməlidir – oxucuya məhz hansı informasiyanın çatdırilacağı anlaşılmalı və bütün digər məlumatlar atılmalıdır. "Press-Reliz Yayım Xidməti" xəbərdarlıq edir: burada 1 hadisə – 1 press-reliz prinsipi işləyir. Bir press-relizdə iki və ya daha artıq hadisə barədə xəbər yerləşdirmək səhvdir. Səbəbi – bir relizdə iki xəbər bir xəbərdən daha çətin yadda qalır, çünki onlar bir-birini sanki sıxışdırır, silir və bununla da relizin oxujuya təsirinin effektini əhəmiyyətli dərəjədə azaldır. Yaxşısı budur, bir qədər sonra daha bir press-reliz yazasınız.
- Məlumat unikaldır, yoxsa sorğu xarakterlidir? İstənilən unikal məlumat, bir tərəfdən, həmişə daha parlaqdır, digər tərəfdən, rəqəmlərlə xüsusi dəqiqliklə təsdiqlənməyə ehtiyacı var. Buna görə də o, çox inandırıcı səslənməlidr.
- Məqsəd. Əlbəttə ki, «bildiriş». Lakin hər bir press-reliz hansısa hadisəni təsvir və ya elan edir. Bu hadisə ya biznesin inkişafına xidmət etməli və ya ictimai rəyi dəyişməyə, müsbət imicin formalaşdırılmasına kömək etməlidir. Elə hadisələr var ki, hər iki məsələni həll edir. Məlumatın tonallığı bundan asılıdır.
- Məlumatın kommersiya xarakterli olmadığı və daha geniş oxucu kütləsi üçün maraqlı olacağı qənaətini necə yaratmaq olar? İnandırıcı arqumentlər fikirləşilib tapılmalıdır.

