Şrift
Relizin hansı yayım üsulundan istifadə edilməsindən asılı olmayaraq, çətin oxunan qeyri-standart şriftlərdən qaçınmaq lazımdır. Birincisi, press-reliz hər halda bədii dəyər kəsb etmir, ikincisi, əgər reliz elektron poçt vasitəsilə yayılacaqsa, ola bilər ki, onu alan şəxsin kompüterində həmin şrift olmasın.
Əgər press-reliz əlavə edilmiş fayl şəklində göndərilirsə, göndərməzdən əvvəl faylı qaydaya salmaq - bütün mətnin eyni şriftlə verilməsinə, sətirarası və abzaslararası intervalların çox sıx və ya çox aralı olmamasına əmin olunmalıdır və s.
Yalnız standar şriftlərdən istifadə məsləhət görülür. Kağız üzərindəki press-relizlər üçün şriftin optimal ölçüsü 12 (faksla göndərilən nisbətən kiçik ölçülü şriftlə yazılmış mətnin oxunması problem yaradır), elektron poçtla yayılan press-relizlər üçün isə 10-12-dir. Başlıqları 14-lük şriftlə vermək olar.
Press-relizin həcmi
İdeal press-reliz A4 formatlı bir səhifəyə yerləşməlidir. Həcmi 200-500 sözdən artıq olmamalıdır. Əgər materialın bir səhifədə az sətiraltı intervalla və ya 2 səhifədə yerləşdirilməsi sualı ortaya çıxırsa, onda ikinci variantı seçmək məqsədəuyğundur.
Xəbərin mövzusundan və məzmunundan asılı olaraq press-relizin həcmi müəllifin istəyinə görə dəyişə bilər. Lakin həcm 2 səhifədən çox olmamalıdır. Əlavə məlumatı press-relizi “uzatmaqdansa” onun əlavəsində vermək daha münasıbdır.
Əgər press-reliz 2 səhifədə tərtib edilirsə, birinci səhifənin sonunda “ardı” qeydi verilir. Bundan əlavə, bu halda birinci abzas səhifənin yuxarısından 11-12 sm məsəfədən başlayır. Press-reliz kiçik olduğu halda da bu üsul tətbiq edilir.
Bir cümlə12-13 sözdən artıq təşkil etməməlidir, əks halda o, həddən artıq yüklənmiş olur. Həmçinin abzasların 6 sətirdən artıq olması məsləhət deyil.
Əsas hissənin məsləhət görülən həcmi A4 formatında olan səhifənin təxminən yarısı qədər və ya 1,5 mini şarədir. Press-relizin əsas mətni ilə birinci abzas arasında bir sətrlik məsafə saxlanılır. Mətn kağızın bir üzündə, 2 intervalla və qeyd üçün sahə saxlanılmaqla çap olunur.
Yayımın xüsusiyyətləri
E-mail ilə
Hal-hazırda press-relizlər daha çox e-mail vasitəsilə göndərilir. Rabitənin bu növü, həmçinin "Press-Reliz Yayım Xidməti" tərəfindən məlumatların alınması üçün istifadə edilir. Bu səbəbdən də press-relizlərin E-maillə göndərilməsinin bəzi xüsusiyyətlərini qeyd edək:
Məlumatın ən vacib hissəsi məktubun mövzusunda və «birinci ekranda» görünəcək abzaslarda yerləşdirilməlidir. Məktubun mövzusunda press-relizin mahiyyətinin göstərilməsi onun ləğv edilmə ehtimalını aradan qaldırır.
Məktubda «KİV üçün məlumat» və ya «PRESS-RELİZ» qeydini etmək olar.
Məktubda mətn və ya qısa annotasiya yerləşdirmək vacibdir. Lakin unutmayın ki, o, oxunmayan kodlaşmada əks oluna bilər. Buna görə də məktubun mövzusu da, birləşdirilmiş faylın adı da press-relizin mövzusu haqqında ümumi təsəvvür yaratmalıdır.
Press-reliz yazılmış faylı məktuba birləşdirməkdən qorxmaq lazım deyil – istnilən ciddi KİV-də poçtu bütün mümkün viruslara yoxlayan antivirus proqramları var. Məktubda birləşdirilmiş fayl haqqında məlumat vermək vacibdir. Birləşdirilmiş faylları Word formatında göndərmək daha məqsədəuyğundur.
Mümkün qədər hər ünvana fərdi məktub göndərilməli, yəni «Kimə» zolağında yalnız bir konkret ünvan göstərilməlidir. Bu halda müraciətdə həmin şəxsin adını göstərmək arzuolunandır. Belə məktubun yazılması çox vaxt aparsa da, şəxsi məktub kimi görünəcəkdir.
Əgər press-reliz göndərilən siyahı böyükdürsə və press-reliz çox sayda ünvanlara göndərilirsə, əmin olmaq lazımdırki, «Kimə» zolağında «gizli surətlər» qeyd olunub və məktubu alanlar bütün ünvanlar siyahısını görməyəcəklər.
Şirkətin saytında press-relizlə bağlı əlavə məlumatın – şəkil və ya loqotipin və s. - yerləşdirildiyi səhifəyə istinad verilməsi də mümkündür. Onlar keyfiyyətli olmalıdır ki, kağız nəşrlər xəbərinizi keyfiyyətli illüstrasiya edə bilsinlər.
Kağızda
Bu variantında öz xüsusiyyətləri var.
Belə press-reliz firma blankında çap edilir. Başlıq firmanın öz üslubunda tərtib edilir. Əgər xəbər bir səhifədən artıq yer tutursa, səhifələr nömrələnir və nömrələr səhifənin yuxarı sağ küncündə yerləşdirilir. Bu halda yuxarıda sol küncdə (birinci səhifədən başqa) press-relizin mahiyyətini əks etdirən kolontitul yerləşdirilir.
Məlumatın sonunda çox halda “###” işarəsi qoyulur. Kağız press-reliz şirkət nümayəndəsi tərəfindən imzalanır.
İtməsin deyə vərəqlərin şəffaf qovluğa qoyulması məsləhətdir. Ehtiyac yaranarsa, digər məlumatlar və illüstrasiyalar (şəkil, qrafiklər, cədvəllər) əlavə edilə bilər.

