"Press-reliz Yayım Xidməti" xarakterindən asılı olmayaraq tammətnli işgüzar məlumatların yayım kanalıdır. PR-məlumatların operativ ötürülməsinin Azərbaycan üçün yeni növü kimi "Press-reliz Yayım Xidməti" təşkilat və şirkətlərin qarşısında onların fəaliyyətlərindəki yeniliklər haqqında ictimaiyyəti məlumatlandırmaq üçün sonsuz dərəcədə geniş imkanlar açır.
Layihə müəlliflərinin fikrinə görə, özəl sektora aid müəssisələrin məlumatlarının tammətndə yayımı üçün müvafiq sistemin yaradılması xüsusilə vacib idi. "Press-reliz Yayım Xidməti"nə qoşulmaqla şirkətlər yeni marketinq-miks aləti və istehlakçılara birbaşa çıxış üçün heç də bahalı olmayan yeni imkan əldə edəcəklər.
İri şirkətlər yuxarıda sadalananlardan əlavə, məlumatlarının təklif etdiyimiz Xidmət vasitəsilə yayılmasından imiclərinin möhkəmləndirilməsi aksiyası kimi istifadə edə bilərlər. Bu, şirkətlərin xarici tərəfdaşları və/və ya xarici bazarlarda maraqları olduğu halda daha məqsədəuyğun olacaq.
İnformasiyanın yayılmasının bu alternativ kanalı Azərbaycanın kiçik və orta müəssisələri üçün də vacibdir. İri şirkətlərdən fərqli olaraq, onlar öz mal və ya xidmətlərinin irəlilədilməsi üçün kifayət qədər böyük reklam büdcəsinə malik deyillər. Belə müəssisələrin PR-informasiyasına isə bir çox hallarda KİV-lər tərəfindən laqeyd yanaşılır. Biz əminik ki, "Press-reliz Yayım Xidməti" kiçik və orta müəssisələrin ictimaiyyətlə əlaqələrinin inkişafına öz töhfəsini verəcək.
Bizim fikrimizcə, tammətnli işgüzar məlumatların yayılması üzrə İnternet-xidmət Azərbaycana mal ixracatçıları üçün, ən çox da Avropa, Rusiya, Ukrayna, Türkiyə istehsalçıları üçün böyük əhəmiyyət kəsb edir. Sirr deyil ki, bu malların Azərbaycan distribütorları əksər hallarda satışın PR-müşayiəti üçün nə vaxt, nə də kadr resurslarına malik olmurlar. "Press-reliz Yayım Xidməti" vasitəsilə malları Azərbaycana ixrac olunan şirkətlərin baş ofisləri yerli bazarda təbliğ olunmaq üçün kiçik büdcəli, lakin səmərəli alət qazanmış olurlar.
Ümid edirik ki, dövlət və ictimai (həm yerli, həm də xarici nümayəndəliklərin) qurumlar üçün "Press-reliz Yayım Xidməti" həmçinin öz planları və fəaliyyətlərinin nəticələri barədə ictimaiyyəti məlumatlandırmaq üçün səmərəli yayım kanalı olacaq.
Xidmətin irəlilədilməsi
Bu üstünlüklərin həyata keçməsi üçün, PR-məlumat yayımının mərkəzləşdirilmiş mənbəyi kimi "Press-reliz Yayım Xidməti"nın auditoriyası təşkilat və şirkətlərin ayrı-ayrılıqda məlumat yaydıqları auditoriyalardan əhəmiyyətli dərəcədə böyük olmalıdır. Bu məqsədlə, “NGB” şirkəti özünün informasiya məhsulu olan "Press-reliz Yayım Xidməti"nin irəlilədilməsi ilə bağlı tədbirləri həyata keçirir və bundan sonra da keçirəcəkdir.
Yayım kanalları
Press-relizlər və digər tammətnli işgüzar məlumatlar ödənişsiz olaraq kütləvi informasiya vasitələrinin, eləcə də Xidmətin abunəçiləri olan hüquqi və fiziki şəxslərin elektron poçt ünvanlarına göndərilir.
Yayım Xidməti tammətnli işgüzar məlumatları 3 dildə - Azərbaycan, rus və ingilis dillərində yayır. Müvafiq olaraq, strukturların məlumatları üç müxtəlif dilli auditoriyada yayılır.
"Press-reliz Yayım Xidməti"nin servis portalının (www.press-release.az) qeydiyyat və elektron yayım sistemi hər bir İnternet istifadəçisinə abunəçi olmaq imkanı verir. Həm bütün, həm də seçilmiş fəaliyyət sahəsi və mövzu üzrə məlumatlara almaq mümkündür. Yayım e-mail vasitəsilə, abunəçinin seçdiyi dövriliklə (gündəlik və ya həftəlik) həyata keçirilir.
On-line yayım xidməti yalnız bir informasiya yayımı kanalından istifadə etməklə, tammətnli işgüzar məlumatları maksimal qısa müddətdə və daha çox ünvana (ayrı-ayrı şəxslərə, tərəfdaşlara, KİV) göndərmək imkanı verir. Bu, həm vaxta qənaət edir, həm də auditoriyanı genişləndirir.
KİV jurnalistləri üçün tammətnli məlumatların on-line yayım xidməti işgüzar və digər bu tip informasiyanın mərkəzləşdirilmiş mənbəyidir.
"Press-reliz Yayım Xidməti" abunəçilərinin sayını əsasən, ayrı-ayrı şəxslər, eləcə də dövlət, ictimai və kommersiya qurumları, Azərbaycan və xarici KİV-lərin hesabına artırmaq üçün fasiləsiz iş aparır.
İnanırıq ki, tezliklə "Press-reliz Yayım Xidməti" Azərbaycanın dövlət, biznes və ictimai qurumları, eləcə də respublikada fəaliyyət göstərən, Azərbaycanda işgüzar marağı olan xarici şirkətlərin məlumatları ilə tanışlıq üçün əsas mənbəyə çevriləcək.
Press-reliz on-line yayım xidmətinin fəaliyyətini daha da təkmilləşdirmək üçün Xidmətin müştərilərindən, abunəçilərindən və istifadəçilərindən də qeyd və təkliflərini məktub vasitəsilə göndərmələrini xahiş edirik.
Təşəkkür edirik!
Press-Release.Az

