|
2010-07-29
Yeni məhsul və layihələr
Rusiyanın MTS mobil rabitə operatorunun tərkibində olan MTS-Özbəkistan şirkəti MDB ərazisində ilk dəfə olaraq Özbəkistanın paytaxtı Daşkənd şəhərinin mərkəzi hissəsində LTE standartlı şəbəkənin kommersiya istifadəsinə verildiyi haqqında elan edib.
|
Dördüncü nəsil şəbəkədə məlumat ötürülmə sürəti saniyədə 100 meqabitə çatacaq. Gələcəkdə şirkət Özbəkistanın bütün ərazisini 4G şəbəkəsi ilə əhatə etməyi planlaşdırır. Şəbəkə Çinin Huawei şirkətinin avadanlığı üzərində qurulub, Reuters yazır.
Dünyada ilk dəfə LTE şəbəkəsi 2009-cu ilin dekabr ayında İsveç və Norveçin paytaxtlarında Stokholm və Oslo şəhərlərində təşkil olunub. Bu şəbəkənin sürəti 100 mbit/s təşkil edir.
Mobil internetin ən perspektivli texnologiyalarında biri olan LTE internetə simsiz çıxış üçün daha böyük sürət təqdim edir. Bu gün LTE şəbəkələri İsveç, Norveç, Almaniya və Böyük Britaniyada qurulub.
Dünyanın ən iri mobil rabitə operatorları LTE şəbəkələrinə milyardlarla avro xərcləmək niyyətindədirlər, çünki mövcud şəbəkələrin imkanları verilənlərin ötürülmə həcminin artımına çatdıra bilmir. Bununla yanaşı analitiklərin fikrincə, LTE şəbəkələrinin kütləvi istifadəsi 2011-ci ildən tez olmayacaq.

