Mədəniyyət və idman
Yunan-Roma güləşçilərimiz növbəti sınaq turnirində
|
2010-07-29
Tədbirlərdə iştirak
31 iyul – 1 avqust 2010-cu il tarixdə Polşada yunan-Roma güləşi üzrə böyüklər arasında 53-cü “Pitlasinki” beynəlxalq turniri keçiriləcək.
|
Turnirdə yunan-Roma güləşi üzrə yığma komandamız da iştirak edəcək.
Məşqçilər Nurəddin Rəcəbov və Vüqar Aslanovun başçılığı altında ölkəmizi Orxan Əhmədov, Elçin Əliyev (hər ikisi 55 kq), Elvin Mürsəliyev (74 kq), Elməddin Abdullayev (84 kq) və Səbuhi Hümbətov (96 kq) təmsil edəcək.
Turnirin ilk günü 55, 66, 84, 120 kq, ikinci günündə isə 60, 74, 96 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulacaq.
Beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı isə hakimlər briqadasında yer alacaq.
Yunan-Roma güləşi üzrə yığma komandanın digər üzvləri isə, baş məşqçi Fərid Mansurovun rəhbərliyi altında qarşıdan gələn dünya çempionatına hazırlıq məqsədilə Qusar Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır.

