Mədəniyyət və idman
İradə Aşumova və Zemfira Meftaxetdinova Münhenə yollanırlar
|
2010-07-28
Tədbirlərdə iştirak
29 iyul 2010-cu il tarixində Almaniyanın Münhen şəhərində güllə atıcılığı üzrə keçiriləcək Dünya çempionatına start veriləcək. Çempionatda Azərbaycanı yığma komandanın üzvləri İradə Aşumova, Ruslan Lunyov, Mehriban Məcidova, Rəsul Məmmədov, Nigar Bağırova və Cəmilə Süleymanova təmsil edəcəklər. İdmaçıları bu yarışda məşqçi Ruqiyyə Bağırova müşayət edəcək.
|
Stend atıcılarımız Zemfira Meftaxetdinova, Rigina Meftaxetdinova, Elçin Babayev, Elvin İsmayılov, Əli Hüseynli, Cəfərov Emin və Cəfərova Nurlana da məşqçi Hafiz Cəfərovun rəhbərliyi altında Münhendə keçiriləcək Dünya çempionatına qatılmaq üçün 30 iyul tarixində ora yollanırlar.
Hər iki idman növü üzrə keçiriləcək Dünya çempionatı 11 avqust tarixinədək davam edəcək.

