|
2010-07-27
Yeni məhsul və layihələr
Bu gün Qusar rayon Mərkəzi Kitabxanasının Veb-saytının (www.qusar-mks.az) təqdimat mərasimi keçirilmişdir.
|
Veb-saytda Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi haqqında ətraflı məlumat verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qusar rayonuna səfəri ilə bağlı fotoşəkillər oxucuların böyük marağına səbəb olmuşdur.
“Ən çox oxunan kitablar” linkində oxucuların daha çox maraq göstərdiyi kitabların siyahısı saytın qonaqlarına təqdim edilir.
Qusar rayonunun kitabxanalarında saxlanılan nadir və qədim kitablar haqqında məlumat “Kitab abidələrimiz” başlığı altında öz əksini tapıb. Rayonun Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilən XVIII-XIX əsrlərə aid olan qədim məişət, bəzək və s. maraqlı eksponatlar haqqında annotasiyalı məlumat hazırlanıb. M.Y.Lermontovun 1837-ci ildə Qusarda olarkən istifadə etdiyi eksponatlar haqqında da məlumat verilmişdir.
Saytın “Folklorumuz” linkində bu qədim diyarın folklorunu əks etdirən maraqlı fotoşəkillər nümayiş etdirilir.
Şəhid olmuş və qəhrəmanlıq zirvəsinə ucalan qusarlılara “Qəhrəmanlarımız” və “Şəhidlərimiz” linkləri həsr edilib.
Kitabxananın əməkdaşları rayonun abidələri, turizm gözəllikləri haqqında maraqlı məlumatlar toplamış və saytda yerləşdirmişlər.
Yaxın vaxtlarda kitabxananın yeni yaradılan veb-saytına bir çox maraqlı materiallar da əlavə ediləcəkdir.

