|
2010-07-27
Yeni məhsul və layihələr
BM Savings şirkəti tərəfindən aparılmış sorğu nəticəsində müəyyən olunub ki, Böyük Britaniya əhalisinin yarısından çoxu (51%) evdən mobil telefonsuz çıxmır, 44 faizi isə ümumiyyətlə həyatlarını mobil telefonsuz təsəvvür edə bilmir.
|
Respondentlərin 26 faizi etiraf edib ki, mobil telefonlarını evdə unudanda çox təəssüflənirlər. Sorğu iştirakçılarının üç dörddə biri gün ərzində yarım saata kimi vaxtlarının mobil telefonla danışmağa həsr etdiklərini bildiriblər. Gənclər isə bu prosesə iki dəfə daha çox vaxt həsr edir – 88 faiz gənc britaniyalı gün ərzində bir saata kimi mobil telefonla danışır.
Sorğuda iştirak edən yaşlı nəslin də mobil rabitənin hökmü altında olduğu müəyyən olub. Belə ki, 65 yaşından yuxarı respondentlərin təqribən üçdə bir hissəsi həyatlarını mobil telefonsuz təsəvvür edə bilmədiklərini etiraf ediblər.
Sorğu iştirakçılarının yarısı mobil telefon vasitəsilə bank əməliyyatlarını ən rahat maliyyə servisi hesab edir, 49 faizi isə maliyyə məsələlərini real insanlarla və real yerdə həll etməyə üstünlük verir. Bununla yanaşı 52 faiz respondent mobil telefon vasitəsilə bank əməliyyatlarının
istənilən yerdə və istənilən vaxt yerinə yetirməkdən tam razı olduğunu bildirib, 38 faizi isə qeyd edib ki, bu servisə yalnız bankdan uzada olduqları zaman müraciət edir.

