|
2010-07-07
Participation in actions
Bakıda “TeliaSonera Avrasiya Roaminq Görüşü # 1” adlı toplantı keçirilir
|
İyulun 5-7-də Bakıda “TeliaSonera Avrasiya Roaminq Görüşü # 1” adlı toplantı keçirilir. İlk dəfə olaraq belə bir formatda baş tutan bu toplantı “Azercell Telekom MMC” tərəfindən təşkil olunub.
Toplantının əsas məqsədi 2010-cu ildə TeliaSoneranın Avrasiya regionunda fəaliyyət göstərən operatorları arasında başlayan birgə rouminq layihələri üzrə hesabatları müzakirə etməkdir. Bundan əlavə, gələcəkdə operatorlar arasında rouminq layihələrinin təyin olunması haqqında da fikir mübadiləsi aparılacaq. Toplantı zamanı nəinki TeliaSonera Avrasiya ailəsinə məxsus şirkətlər, həmçinin onların digər olkələrdə fəaliyyət göstərən mobil operatorlarla daha aşağı rouminq tariflərindən yararlanmaq ücün imkanlar araşdırılacaq.
Görüşdə açılış sözü ilə çıxış edən Azercell Telekom MMC-nin Prezidenti Ali Ağan roaminq mütəxəssislərinin Bakıda bir araya gəlməsini çox əhəmiyyətli bir hadisə kimi dəyərləndirdi. “Artıq 152 ölkənin 397 operatoru ilə rouminq sazişi olan Azercell Telekom həm öz təcrübəsi ilə bölüşməyə, həm də TeliaSonera Avrasiya ailəsinə daxil olan şirkətlərin ən qabaqcıl təcrübəsini öyrənməyə hazırdır. İnanıram ki, bu və növbəti görüşlər abunəçilərimizə daha cəlbedici rouminq tarifləri təqdim etməkdə böyük dəstək olacaq” – deyə Ali Ağan bildirdi.
İlk belə toplantıda ümumilikdə rouminq prosesləri, roamcell xidməti üzrə keyfiyyət, eləcə də gəlirin daha da artırılması ilə əlaqədar müxtəlif sahələrdə birgə təhlillərin aparılması nəzərdə tutulub. Şirkət rəhbərləri görüşünün daha bir məqsədi də operatorlar arasında sıx əməkdaşlığın yaradılmasından ibarətdir.

