|
2010-07-07
Qələbələr və mükafatlar
Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti məmnuniyyət hissi ilə bildirir ki, 20 may - 4 iyul tarixində baş tutmuş "46 gün ərzində Mercedec-Benz qazan" SMS kampaniyasının nəticələrinə görə, Günel Bağırova qalib olub. O, Mercedes-Benz C-200 Compressor avtomaşınına sahib olmuşdur. Bakcell abunəçisi oyun zamanı ən çox xal toplamışdır.
|
Günel Bağırovanın 25 yaşı var. O, Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini və Azərbaycan Slavyan Universitetinin filologiya fakültəsini bitirmişdir. Hazırda o, Azərbaycan Dövlət Pedaqoji Universitetində filologiya fənnindən dərs deyir. O, maşın sürməklə və dizaynla maraqlanır. Günel SMS kampaniya barədə öz təəssüratları ilə paylaşır:
“Mən təsadüflərə inanmıram və buna görə də dostum məni bu oyuna qoşulmağa ruhlandırana qədər oyunlarda iştirak etmirdim. Mən Bakcell Cin kart nömrəsini aldım, balansımı artırdım və viktorinada iştiraka başlamaq üçün 777 nömrəsinə SMS göndərdim. Oyunun son üç günü ərzində fəal şəkildə suallara cavab verməyim nəticəsində gözümə yuxu gəlmirdi. Nəhayət ki, ayın 5-i səhər Bakcell nümayəndəsi mənə zəng etdi. İlk olaraq, o, məndən maşın sürməyi bacarıb-bacarmadığımı soruşdu. Mən anladım ki, əsas mükafatı qazanmışam! Mən ağlamağa başladım... Bu sevinc göz yaşları idi... İndi öz hisslərimi ifadə edə bilmirəm. Mən elə xoşbəxtəm ki! Təşəkkürlər, Bakcell!”.
Günel Bağırovanın həvəs və bilikləri ona həmçinin 4 Toshiba Satellite L500 noutbukunu, 4 Nokia 5530 Xpress Music mobil telefonunu və iki dəfə 3000 AZN-lik pul mükafatını qazanmağa kömək etdi.
Siz Bakcell nümayəndəsi və Günel Bağırova arasında onun uduşlarına dair telefon danışığını yükləmək üçün bu linkdən istifadə edə bilərsiniz :http://www.bakcell.com/777/files/Bakcell-Winner.mp3
SMS kampaniyanın 5 ən yaxşı iştirakçıları kampaniya gedişində hər həftə 3000 AZN qazanmışlar. Hər gün ən çox viktorina suallarına düzgün cavab verən və ən çox xal toplayan 35 Bakcell abunəçisi Nokia 5530 Xpress Music mobil telefonu qazanmışlar. 31 nəfər isə Bakcell şirkətindən Toshiba Satellite L500 noutbukuna layiq görülmüşlər. Kampaniya gedişində abunəçilərin əksəriyyəti fəal iştirak etmiş və bir neçə dəfə mükafatlar qazanmışlar.
SMS kampaniyasında iştirak etmiş Bakcell abunəçiləri yaxşı intellektual bacarıq, həvəs və qalib olmaq arzusunu nümayiş etdirmişlər.
Bakcell bütün xoşbəxt qalibləri ürəkdən təbrik edir və bu kampaniyada iştiraka görə onlara təşəkkür edir! Siz mükafatlardan, biz isə Sizin biliyinizin bəhrəsindən zövq alırıq!
Son 12 ay ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycanın regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 mln-a çatıb.
Bakcell həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir.
“46 gün ərzində Mercedes-Benz qazan" kampaniyası, həmçinin Bakcell-in digər məhsulları və xidmətləri haqqında ətraflı məlumat almaq üçün, xahiş edirik, www.bakcell.com-a daxil olun və ya 555-ə zəng edin.

