Construction and materials
3cü Beynəlxalq Holcim Awards müsabiqəsi. Gələcək üçün yeni perspektivlərin qurulması
|
2010-07-05
New projects
Davamlı İnşaata aid layihələr və konsepsiyalar üçün 2 milyon ABŞ dolları mükafat fondu olan müsabiqəyə qəbul başlanır.
|
Mükafat fondu 2 milyon ABŞ dolları olan 3cü Beynəlxalq Holcim Awards müsabiqəsi açıq elan edilir. Müsabiqəyə davamlı inşaat meyarlarına uyğun gələn tikinti və mülki mühəndislik layihələri; ərazilərin, yaşayış yerlərinin dizaynı ilə bağlı layihələr və infrastruktur layihələri; həmçinin innovativ yanaşma əks etdirən tikinti məhsulları və tikinti texnologiyaları sahələrində layihələr və konsepsiyalar təqdim edilə bilər. Holcim Awards müsabiqəsi İsveçrədə yerləşən və Davamlı İnşaatı dəstəkləyən Holcim Foundation təşkilatının bir təşəbbüsüdür.
Layihələr 2011-ci il martın 23-nə qədər www.holcimawards.org internet səhifəsində onlayn rejimdə təqdim edilməlidir. Müsabiqəyə innovativ xarakterli, gələcəyi nəzərə alan və həyata keçirilməsi mümkün olan layihə və konsepsiyalar, həmçinin davamlı inşaatı dəstəkləyən belə layihələrdə iştirak edən bütün şəxslər dəvət edilir. 3cü Beynəlxalq Holcim Awards müsabiqəsi 2010/2011-ci illərdə keçiriləcək 5 regional müsabiqəni və 2012-ci ildə keçiriləcək qlobal müsabiqəni əhatə edəcəkdir. Müsabiqədə iştirak etmək mərhələləri barədə ətraflı məlumatla aşağıdakı web-səhifədə tanış olmaq mümkündür: www.holcimawards.org/guides
Holcim Awards (əsas) və “Gələcək Nəsil” (tələbə) kateqoriyaları
Müsabiqənin əsas kateqoriyasında Davamlı İnşaatın texnoloji, ətraf mühit, sosial-iqtisadi və mədəni tələblərinə cavab verən tikililərlə və ya digər inşaat nümunələri məşğul olan memarlar, mühəndislər, planlaşdırma işçiləri, layihə sahibləri, inşaat şirkətləri iştirak edə bilər. Layihələrin müsabiqəyə qatıla bilməsi üçün onların artıq hazır dizaynlı və hərtərəfli planlaşdırılmış olması tələb olunur. Layihələrin kompleks icrası isə (eyni zamanda tikinti məhsulları və tikinti texnologiyalarının kommersiya məqsədli istehsalı) 2010-cu ilin iyulun 1-dən sonra başlanmalıdır. Bundan başqa Holcim Awards müsabiqəsinə konsepsiya və ya ideya mərhələsində olan tələbə memarlıq-layihələri də qatıla bilər. Bunun üçün layihə müəllifi tələbələr bakalavr səviyyəsinin son ilində və ya daha yuxarı alı təhsil səviyyəsində (magistr, doktorant) olmalıdır.
Davamlı İnşaat üçün “hədəf mövzuların” ölçülməsi
Hər 2 kateqoriyada təqdim olunmuş layihələr mustəqil münsiflər heyəti tərəfindən Davamlı İnşaatı xarakterizə edən 5 “hədəf mövzu” vasitəsilə qiymətləndirilir. Bu mövzulardan 3-ü sosial, ətraf mühit və iqtisadi fəaliyyət prinsiplərinin balansını əks etdirir. Digər 2 mövzu isə layihələrin estetik tərəfini, innovasiya və təkrar həyata keçirilmə xüsusiyyətini əhatə edir. Daha ətraflı məlumat üçün: www.holcimawards.org/target
Dünya səviyyəsində tanınmış texniki universitetlərlə əməkdaşlıq və Davamlı İnşaat üzrə məşhur memar və akademiklərdən ibarət münsiflər heyəti
Holcim Awards müsabiqəsi dünyanın aparıcı texniki universitetləri ilə əməkdaşlıq zəminində keçirilir. Münsiflər heyəti isə beynəlxalq səviyyəli memar və mütəxəssislərdən təşkil olunmuşdur, hansılar ki, müsabiqənin keçirildiyi 5 regiondan Davamlı İnşaat layihələrini seçir və qalib layihələri təyin edir. Münsiflər heyətinin bütün üzvlərinin siyahısı aşağıdakı web-səhifədə verilmişdir: www.holcimawards.org/jury
Keçirilmiş 2 müsabiqənin yekunlarına əsasən 100 qalib layihə
2008/2009-cu illərdə keçirilmiş 2ci Holcim Awards müsabiqəsinə 120 ölkədən 5000-ə yaxın layihə təqdim edilmişdir. Qlobal Holcim Awards-ın qalibləri aşağıdakı layihələr olmuşdur: Holcim Awards Qızıl – Çay hövzəsinin bərpası və qəsəbənin inkişafı, Fez şəhəri, Mərakeş. Gümüş – Ehtiyaclarını özü tənzimləyən universitet layihəsi, Ho Çi Min şəhəri, Vyetnam. Bürünc – Kənd icması üçün davamlı gələcək planlaşdırması, Pekin şəhəri, Çin. “İnnovasiya” mükafatı – Öz-özünü tənzimləyən günlük işçi qüvvəsi stansiyası, San Fransisko şəhəri, ABŞ. 1ci və 2ci müsabiqələrdən 100 qalib layihə haqqında ətraflı məlumat üçün: www.holcimawards.org.
Holcim Foundation təşkilatı Holcim Ltd şirkəti və onun dünyanın 70-dən artıq ölkəsində yerləşən yerli şirkətləri tərəfindən dəstəklənir, və heç bir kommersiya marağı güdmür. Holcim Ltd. dünyanın sement, doldurucu (qırma daş, qum və çınqıl), hazır qarışıq beton və asfalt istehsal edən və bu sahədə xidmətlər göstərən aparıcı şirkətlərindən biridir. 2009-cu ildə Holcim Ltd artıq ardıcıl 7-ci dəfə olaraq Dow Jones Davamlı İnkişaf İndeksinin əsas nümayəndəsi seçilmişdir
Latest articles:Layihələr 2011-ci il martın 23-nə qədər www.holcimawards.org internet səhifəsində onlayn rejimdə təqdim edilməlidir. Müsabiqəyə innovativ xarakterli, gələcəyi nəzərə alan və həyata keçirilməsi mümkün olan layihə və konsepsiyalar, həmçinin davamlı inşaatı dəstəkləyən belə layihələrdə iştirak edən bütün şəxslər dəvət edilir. 3cü Beynəlxalq Holcim Awards müsabiqəsi 2010/2011-ci illərdə keçiriləcək 5 regional müsabiqəni və 2012-ci ildə keçiriləcək qlobal müsabiqəni əhatə edəcəkdir. Müsabiqədə iştirak etmək mərhələləri barədə ətraflı məlumatla aşağıdakı web-səhifədə tanış olmaq mümkündür: www.holcimawards.org/guides