|
2010-05-06
Yeni məhsul və layihələr
Bakı şəhərinin 11 inzibatı rayonunun ərazisində qeyri-qanuni fəaliyyət göstərən tullantı sahələrinin yerlərini müəyyənləşdirmək məqsədilə “Təmiz Şəhər” ASC-nin sifarişi ilə “EKO-REAL” MMC və Milli Ekoloji Proqnozlaşdırma Mərkəzi invertarizasiya işləri aparmışdır.
|
İnventarizasiya nəticəsində Bakı şəhəri və ətraf qəsəbələrin ərazisində2000-dən çox qanunsuz tullantı sahəsi aşkar edilmişdir. Bu tullantı sahələrinin 38-nin ərazisi 100 kvadrat metrdən böyükdür. Ümumilikdə isə Bakı şəhərinin 9 inzibati rayonunda (Qaradağ, Nərimanov, Səbail, Suraxanı, Yasamal, Sabunçu, Əzizbəyov, Binəqədi və Xətai) bu cür tullantı sahələri aşkarlanmışdır. İnvertarizasiya işləri çərçivəsində aparılan monitorinq zamanı məlum olmuşdur ki, qeyri-qanuni tullantı sahələri mütəmadi olaraq yandırılır və bu ərazilərə tullantıların atılması davam etdirilir.
Tullantı sahələrinin ləvğ edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi məqsədilə “Təmiz Şəhər” ASC-nin təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və “Təmiz Şəhər” ASC-nin daxil olduğu İşçi Qrupu yaradılmışdır.
“Təmiz Şəhər” ASC Bakı şəhəri və ətraf qəsəbələrdə fəaliyyət göstərən qanunsuz tullantı sahələri ilə əlaqədar müvafiq tədbirlərin görülməsi məqsədilə aparılmış inventarizasiya ilə bağlı geniş hesabat hazırlayaraq müvafiq qurumların, həmçinin İşci Qrupunun müzakirəsinə təqdim edəcək.
